Xəzər Xəbər

Ukrayna əhalisi azalmaqda davam edir

Dünya | 14:13 • 20 İyul 2019
Ukrayna əhalisi azalmaqda davam edir

Bu ilin beş ayı ərzində Ukrayna əhalisinin sayında 122,4 min nəfərə yaxın azalma müşahidə edilib.


Xezerxeber.az Ukraynanın Dövlət Statistika Xidmətinin məlumatına istinadən xəbər verir ki, iyunun 1-nə olan statistikaya əsasən hazırda Ukrayna əhalisinin sayı 42 milyon 30 min nəfərdir. Ölkədə hər 100 nəfərin ölümü müqabilində cəmi 49 doğuş qeydə alınıb.


Qeyd edək ki, Ukraynada əhalinin azalma tendensiyası bir neçə ildir davam edir. Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, 2024-cü ildə Ukraynada əhalinin sayı 41 milyon 47 min nəfər olacaq. Bu da o deməkdir ki, 6 ildə ölkə əhalisinin sayı 1 milyon azalacaq.

Rubrikanın digər xəbərləri

Xəbər lenti