Xəzər Xəbər

Merkel İran ilə ABŞ arasındakı gərginlikdən narahatdır

Dünya | 17:06 • 19 İyul 2019
Merkel İran ilə ABŞ arasındakı gərginlikdən narahatdır

İran ilə ABŞ arasında körfəz bölgəsində yaşanan gərginlikdən narahatlıq duyuram. Gərginliyi aradan qaldırmaq üçün bütün diplomatik imkanlardan istifadə edilməlidir.


Xezerxeber.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel keçirdiyi mətbuat konfransında ABŞ-İran münasibətlərini şərh edərkən deyib.


İranın nüvə razılaşmasına əməl etməsinin məntiqli olacağını deyən A.Merkel bütün məsuliyyətin yalnız İranın üzərinə düşmədiyini də diqqətə çatdırıb.

Xəbər lenti