Xəzər Xəbər

Yaponiyada 33 nəfərin ölümünə səbəb olan yanğını törədənin şəxsiyyəti açıqlanıb

Dünya | 16:11 • 19 İyul 2019
Yaponiyada 33 nəfərin ölümünə səbəb olan yanğını törədənin şəxsiyyəti açıqlanıb

Yaponiyada 33 nəfərin ölümünə səbəb olan yanğını törədənin şəxsiyyəti açıqlanıb. 


Xezerxeber.az CNN telekanalının saytına istinadən xəbər verir ki, yapon polisi Kiotodakı animasiya studiyasının binasında qəsdən yanğın törədən şəxsin 41 yaşlı Şinji Aoba olduğunu bildirib. Yanğını törədən vaxt onun tez- tez "ölün” deyə bağırdığı məlum olub.


Polisin keçirdiyi mətbuat konfransında qeyd olunub ki, bu, son 20 ildə Yaponiyada ən çox dinc insanın həlak olduğu yanğındır. Kioto Fuşimi polisinin sözçüsü Ryoji Nişiyama əlavə edib ki, cinayətdə şübhəli bilinən şəxsin əlaqələri ilə bağlı təhqiqat aparılır. Onun sözlərinə görə, 12 kişi, 20 qadın və bir cinsiyyəti müəyyən edilməmiş şəxsin yanaraq öldüyü bu ağır faciə qurbanlarının cəsədləri üçmərtəbəli binanın müxtəlif mərtəbələrində və damında aşkar edilib. Yanğın məqamında binada 74 nəfərin olduğu müəyyən edilib. Yaralanan 35 nəfər isə xəstəxanalarda müalicə olunur.


Polis nümayəndəsi bildirib ki, bu yanğın 2001-ci ilin analoji hadisəsindən sonra ən böyük cinayətdir. Tokionun Kabukiço rayonunda baş vermiş həmin insident nəticəsində 44 nəfər ölmüşdü. Bundan başqa, 1995-ci ildə Tokio metrosunda sarin qazı ilə hücum nəticəsində də 13 nəfər həlak olmuşdu.

Xəbər lenti