Xəzər Xəbər

Kabil Universitetinin yaxınlığında terror aktı törədilib

Dünya | 13:37 • 19 İyul 2019
Kabil Universitetinin yaxınlığında terror aktı törədilib

Əfqanıstanda Kabil Universitetinin yaxınlığında terror aktı törədilib. 


Xezerxeber.az xəbər verir ki, burada yerləşdirilmiş partlayıcı qurğunun işə salınması nəticəsində 6 nəfər həlak olub, 27 tələbə isə yaralanıb. Yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.


Əfqanıstan rəsmiləri bildirirlər ki, son günlər "Taliban” hərəkatının ölkənin paytaxtında və əyalətlərində törətdiyi terror aktlarının sayı artıb. Münaqişəsinin 18-ci ilində ABŞ-ın səyləri ilə davam edən sülh danışıqları prosesində müəyyən irəliləyiş əldə olunsa da, silahlı atışmalar və mülki əhaliyə hücumlar davam edir. Belə ki, Qəndəhar əyalətində cümə günü törədilən partlayış nəticəsində də 12 nəfər həlak olub, 80-dən çox adam yaralanıb.


Ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Vahid Məyar bildirib ki, yaralanan 27 tələbə xəstəxanalarda müalicə olunur, imtahana gələn digər gəncləri isə evlərinə yollayıblar.


Əfqan polisi partlayıcı qurğunun universitetin yaxınlığındakı yük maşınına yerləşdirildiyini bildiriblər. Kabil polisinin sözçüsü Fərəmərz Firdous qeyd edib ki, hazırda ərazidə olan ikinci bombanın axtarılması üzrə əməliyyat tədbirləri davam edir.

Xəbər lenti