Xəzər Xəbər

Pakistanda sel və daşqınlar nəticəsində ən azı 14 nəfər ölüb

Dünya | 12:08 • 19 İyul 2019
Pakistanda sel və daşqınlar nəticəsində ən azı 14 nəfər ölüb

Pakistanın Hayber-Paxtuntxva əyalətində bir neçə gün davam edən intensiv yağışların toy mərasimi keçirilən balkonu yuyub aparması nəticəsində 14 nəfər, o cümlədən 8 uşaq həyatını itirib. 


Xezerxeber.az xəbər verir ki, təbii fəlakət zamanı 53 nəfər də yaralanıb.


Əyalətin rəsmiləri bildiriblər ki, Aşağı Orakzay rayonunda toy mərasimi zamanı sel sularının balkonu uçurması nəticəsində ölənlərin cəsədləri tapılıb. Buradakı 60 nəfəri isə xilas etmək mümkün olub. Yaralı sayının artması ilə bağlı Kalaya və Muşti hospitallarında fövqəladə iş rejimi elan edilib.


Bundan başqa, daşqınlar zamanı əyalətdə daha 15 ev suyun altında qalıb, çoxlu sayda insanın itkin düşdüyü bildirilir. Peşəvardakı Çarsədda rayonunda məktəb binasının uçması nəticəsində də 11 nəfər həyatını itirib. Əyalətin digər rayonları da sel və daşqınların dağıdıcı fəsadları ilə üz-üzə qalıb. Hayber-Paxtuntxvanın birinci naziri Mahmud Xan dövlət qurumlarına musson yağışları dövründə fövqəladə hallara hazır olmaq barədə göstəriş verib.

Xəbər lenti