Xəzər Xəbər

Türkiyə F-35-ə alternativləri nəzərdən keçirməyə hazırlaşır

Dünya | 09:18 • 19 İyul 2019
Türkiyə F-35-ə alternativləri nəzərdən keçirməyə hazırlaşır

Rəsmi Ankara ABŞ-ın beşinci nəsil F-35 döyüşçü təyyarələrinə alternativləri nəzərdən keçirməyə hazırdır. Bir qapı bağlandığı zaman, başqa qapılar açılır. Biz öz qapımızı da aça bilərik”.


Xezerxeber.az TASS-a istinadən bildirir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir "Anadolu” agentliyinə bildirib.


O, iyun ayında Fransanın Le-Burje şəhərində 53-cü "Paris Air Show”da (Paris Air Show 2019) nümayiş etdirilən ölkəsinə məxsus yeni - beşinci nəsil TF-X döyüş qırıcılarını (Türk Fighter-X) xatırladaraq, bununla belə Türkiyənin alternativlər araşdırmağa davam edəcəyini söyləyib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti