Xəzər Xəbər

Türkiyəli diplomatlara hücum edən terrorçulardan birinin kimliyi məlum olub

Dünya | 09:08 • 19 İyul 2019
Türkiyəli diplomatlara hücum edən terrorçulardan birinin kimliyi məlum olub

İraq təhlükəsizlik qüvvələri Ərbil şəhərində Türkiyəli diplomatlara hücumda şübhəli bilinən 3 nəfərdən birinin kimliyini açıqlayıb.


Xezerxeber.az-ın məlumatına görə, Ərbil Polis İdarəsi hücum

edənlərdən birinin fotosunu yayaraq, onun 27 yaşında Diyarbəkirdə doğulan Məzlum Dağ adlı şəxs olduğunu bildirib.


Rəsmən bildirilməsə də, həmin şəxsin PKK terror təşkilatının üzvü olduğu ehtimal edilir. Digər iki şəxsin kimliyi və bu terroun arxasında hansı qüvvələrin dayandığı araşdırılır.


Qeyd edək ki, dünən İraqın Ərbil şəhərindəki restoranların birində Türkiyə Baş konsulluğunun əməkdaşlarına silahlı hücum olub. Baş konsulluğun əməkdaşı

Osman Köse və digər iki İraq vətəndaşı həlak olub.

Rubrikanın digər xəbərləri

Xəbər lenti