Xəzər Xəbər

Türkiyədə dəhşətli qəza - 15 ölü, 28 yaralı var - FOTO

Dünya | 16:46 • 18 İyul 2019
Türkiyədə dəhşətli qəza -

Türkiyənin Van vilayətinin Özalp rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.


Xezerxeber.az xəbər verir ki, qanunsuz yolla Türkiyəyə daxil olan qaçqınları daşıyan mikroavtobusun aşması nəticəsində ən azı 15 nəfər ölüb, 28 nəfər xəsarət alıb.


Hadisə Türkiyə vaxtı ilə saat 12:00 radələrində baş verib. Yaralılar xəstəxanalara yerləşdiriliblər. Hadisə ilə bağlı cinayət işi açılıb.

Xəbər lenti