Xəzər Xəbər

Rusiya Türkiyəyə Su-35 qırıcıları sata bilər

Dünya | 15:59 • 18 İyul 2019
Rusiya Türkiyəyə Su-35 qırıcıları sata bilər

"Rusiya Türkiyəyə Su-35 qırıcı təyyarələri satmağa hazırdır”.


Bunu Rostex Dövlət Koorparasiyasının rəhbəri Sergey Çemezov deyib.


"Əgər türkiyəli həmkarlarımız arzu etsələr, biz Su-35 qırıcılarının göndərilməsinə hazırıq”,- Rostex rəhbəri vurğulayıb.


Qeyd edək ki, Ağ Evdən bildirilib ki, Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi alması Türkiyəyə beşinci nəsil F-35 qırıcılarının satılmasını mümkünsüz edir.

Xəbər lenti