Xəzər Xəbər

Kiotodakı anime studiyasında yanğın nəticəsində 13 nəfər həyatını itirib

Dünya | 15:24 • 18 İyul 2019
Kiotodakı anime studiyasında yanğın nəticəsində 13 nəfər həyatını itirib

Yaponiyanın qərbindəki Kioto şəhərində yerləşən anime istehsalı üzrə studiyada baş verən yanğından sonra xilasedicilər 13 cəsəd aşkar ediblər.


Bu barədə Kyodo agentliyi məlumat yayıb.


Yanğının qəsdən törədildiyi ehtimal olunur. Hadisə yerinə gələn polis studiyada benzin və ya kerosin tökməklə alovun gücünü artırmağa çalışan 41 yaşlı kişini saxlayıb. Saxlanılan şəxsin özü də xəsarət aldığından hazırda xəstəxanaya yerləşdirilib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti