Xəzər Xəbər

Türkiyədə güclü yağış torpaq sürüşməsinə səbəb olub

Dünya | 15:17 • 18 İyul 2019
Türkiyədə güclü yağış torpaq sürüşməsinə səbəb olub

Türkiyənin Düzce şəhərinin Cumayeri rayonunda torpaq sürüşməsi baş verib. Hadisə nəticəsində beş kənd yolu bağlanıb.


Xezerxeber.az xəbər verir ki, sürüşmə son günlər bölgədə yağan leysan yağışları səbəbindən baş verib.


Hadisə baş verən bölgəyə çoxlu sayda texnika gətirilib. Hazırda yolların açılması istiqamətində işlər davam etdirilir.


Güclü yağış səbəbindən Melen çayının da daşdığı qeyd olunur.

Rubrikanın digər xəbərləri

Xəbər lenti