Xəzər Xəbər

Rus səfirin qətlinin görüntülərinin yayımlanması ilə bağlı TRT əməkdaşları saxlanılıb

Dünya | 11:08 • 18 İyul 2019
Rus səfirin qətlinin görüntülərinin yayımlanması ilə bağlı TRT əməkdaşları saxlanılıb

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinin görüntülərinin TRT telekanalında yayımlanması ilə bağlı aparılan araşdırma çərçivəsində əməliyyat keçirilib.


APA-nın Türkiyənin "Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, polisin prokurorluğun təqdimatı ilə keçirdiyi əməliyyat nəticəsində FETÖ terror təşkilatının üzvü olan 6 nəfər saxlanılıb.


Onlardan 5 nəfəri TRT əməkdaşıdır. Bir nəfər isə əvvəllər telekanalda çalışıb.


Qeyd edək ki, 19 dekabr 2016-cı ildə Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən "Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yetirilib. Hadisəni törədən Mert Altıntaş təhlükəsizlik əməkdaşları tərəfindən öldürülüb.

Xəbər lenti