Xəzər Xəbər

Türkiyədə terror təşkilatına maddi dəstək verən altı nəfər həbs olunub

Dünya | 09:13 • 18 İyul 2019
Türkiyədə terror təşkilatına maddi dəstək verən altı nəfər həbs olunub

Türkiyənin Tunceli və İzmir şəhərlərində PKK terror təşkilatına qarşı əməliyyat keçirilib. Əməliyyat nəticəsində on nəfər terror təşkilatı ilə əməkdaşlıq etməkdə şübhəli qismində saxlanılıb.


Xezerxeber.az xəbər verir ki, hakim qarşısına çıxarılan müttəhimlərdən altısı həbs olunub. Onlardan biri məhkəmə nəzarətinə alınıb, üç nəfər isə sərbəst buraxılıb.


Tunceli Prokurorluğundan verilən məlumatda həbs olunanların terror təşkilatına maddi dəstək verdiyi bildirilir.

Xəbər lenti