Xəzər Xəbər

Portuqaliya İran vətəndaşlarına viza verilməsini dayandırıb

Dünya | 15:38 • 17 İyul 2019
Portuqaliya İran vətəndaşlarına viza verilməsini dayandırıb

Portuqaliyanın Tehrandakı konsulluğu İran vətəndaşlarına viza verilməsini dayandırıb.


APA-nın "Associated Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə Portuqaliyanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.


Viza verilməsinin dayandırılmasına səbəb kimi, konsulluqda tikinti işlərinin aparılması göstərilib.


Portuqaliya XİN-dən bildirilib ki, tikinti işlərinin aparılmasının məqsədi binada təhlükəsizlik tədbirlərini gücləndirməkdir və bu məsələdə heç bir siyasi motiv yoxdur.

Xəbər lenti