Xəzər Xəbər

Aİ-də ən aşağı ölüm göstəricisi İspaniyadadır

Dünya | 21:36 • 16 İyul 2019
Aİ-də ən aşağı ölüm göstəricisi İspaniyadadır

Avropa İttifaqında ən aşağı ölüm səviyyəsi İspaniyadadır (hər 100 min sakinə 829 ölüm faktı).


AZƏRTAC Avropa İttifaqının Statistika Bürosunun ( "Eurostat”) iyulun 16-da açıqlanmış 2016-cı il üçün məlumatına istinadla xəbər verir ki, ən yüksək ölüm göstəricisi Bolqarıstan (1600 adam), Latviya və Rumıniyadadır (hər biri üçün 1476 adam).


Ən aşağı ölüm göstəricisi isə İspaniya ilə bərabər, Fransa (838), İtaliya (843) və Maltada (882) qeydə alınıb.


2016-cı ildə Aİ-də 5,1 milyon insan ölüb ki, bu da ötən ildəkindən 80 min nəfər azdır. Bu ölümlərin üçdəbir hissəsi 75 yaşınadək insanların payına düşüb (1,7 milyon, 33 faiz), ölənlərin 1,5 milyonu 75-85 yaşlarında (29 faiz), 9 milyonu 85 yaşından böyük (38 faiz) olub.


"Eurostat”ın məlumatına görə, 1,8 milyondan çox insanın ölümünə qan dövranı sistemi xəstəlikləri, ürək tutmaları, insultlar səbəb olub. 2016-cı ildə xərçəngdən 1,3 milyondan çox adam ölüb.

Xəbər lenti