Xəzər Xəbər

Pakistanda kömür mədə çöküb, 9 şaxtaçı ölüb

Dünya | 17:26 • 16 İyul 2019
Pakistanda kömür mədə çöküb, 9 şaxtaçı ölüb

Pakistanın Quetta rayonundakı Degari qəsəbəsində kömür mədəninin çökməsi nəticəsində 9 şaxtaçı ölüb.


Xezerxeber.az xəbər verir ki, iyulun 14-də baş vermiş qəzadan sonra şaxtaçıların torpağın altından çıxarılması əməliyyatı 48 saat davam edib. Belucistan əyalətinin Fəlakətlərin İdarə edilməsi üzrə Agentliyinin rəhbəri İmran Xan Zərkun bildirib ki, iyulun 16-da uçqun altında qalmış daha iki nəfər çıxarılıb və bununla da axtarış-xilasetmə işləri yekunlaşıb. Onun sözlərinə görə, ağır vəziyyətdə olan bu fəhlələr xəstəxanaya çatdırılıb. Qəza zamanı mədəndə 11 fəhlənin olduğu bildirilir. Qeyd olunub ki, ölənlərin hamısı yerin altındakı qazdan zəhərləniblər.


Belucistan əyalətinin başçısı Jam Kamal Əlyani qəzanın səbəblərinin və günahkarların müəyyən edilməsi barədə tapşırıq verib. Bundan başqa, əyalətin Həmkarlar Federasiyası da mədən sahibinin fəhlələrin təhlükəsizliyi üçün tədbirlər görmədiyini bəyan edib. Qeyd olunub ki, məhz bu səbəbdən hər il əyalətin Harnay, Sovrange, Dukki və Maç qəsəbələrindəki şaxtalarda 100-200 nəfər həyatını itirir.

Xəbər lenti