Xəzər Xəbər

BƏƏ-də ailələrin təqribən 30 faizi nikahdan sonrakı birinci il ərzində dağılır

Dünya | 15:09 • 16 İyul 2019
BƏƏ-də ailələrin təqribən 30 faizi nikahdan sonrakı birinci il ərzində dağılır

2018-ci ildə Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) boşanmaların 28,5 faizi nikahdan sonrakı birinci ilə təsadüf edib.


AZƏRTAC Əbu-Dabi Statistika Mərkəzinin nikahlar və boşanmalar haqqında son məruzəsinə istinadla xəbər verir ki, boşanmaların 62,2 faizi nikahdan sonrakı ilk dörd il ərzində baş verir. Məruzədə qeyd edilir ki, keçən il Əbu-Dabidə 5467 nikah müqaviləsi bağlanıb.


Tədqiqat göstərib ki, 2018-ci ildə Əmirliyin vətəndaşları ilə əcnəbilər arasında qarışıq nikahların sayı qeydə alınmış nikahların ümumi sayının 21,7 faizinə bərabər olub. Bu nikahların çoxu Körfəz dövlətlərinin və ərəb ölkələrinin vətəndaşları ilə bağlanılıb. 2018-ci ildə boşanmaların ən çoxu (213 hadisə) iyul ayında, ən azı isə (105 hadisə) avqust ayında qeydə alınıb. Nikah bağlayan kişilərin orta yaşı 27,7, qadınların orta yaşı 24,6 olub.


Əmirliyin 15 yaşdan yuxarı sakinlərinin yarıdan çoxu (59 faiz) evli olub, vətəndaşların 35 faizi heç vaxt nikahda olmayıb, 6 faizi isə ya boşanmış, ya da dul olub.

Rubrikanın digər xəbərləri

Stoltenberq Ermənistana
Stoltenberq Ermənistana səfər edib
12:30
Rusiyanı yalnız bu səbəb dayandıra bilər
Rusiyanı yalnız bu səbəb dayandıra bilər AÇIQLAMA
17:47 • 18 Mart 2024
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib
16:52 • 18 Mart 2024
Putin prezident seçkilərində qalib gəlib
Putin prezident seçkilərində qalib gəlib 87,34%
09:00 • 18 Mart 2024
Vaşinqtonda silahlı hücum
Vaşinqtonda silahlı hücum 2 ölü, 5 yaralı
17:15 • 17 Mart 2024
Rusiyanı Ermənistanla birləşdirən yol
Rusiyanı Ermənistanla birləşdirən yol bağlandı
10:01 • 17 Mart 2024
Türkiyədə ağır yol qəzası
Türkiyədə ağır yol qəzası 15 Yaralı
09:30 • 17 Mart 2024

Xəbər lenti