Xəzər Xəbər

Tramp Pentaqonun rəhbəri vəzifəsinə Mark Esperin namizədliyini təklif edib

Dünya | 09:25 • 16 İyul 2019
Tramp Pentaqonun rəhbəri vəzifəsinə Mark Esperin namizədliyini təklif edib

ABŞ prezidenti Donald Tramp Mark Esperin namizədliyini müdafiə naziri vəzifəsinə irəli sürüb.

Xezerxeber.az-ın RİA Novosti-ə istinadən verdiyi məlumata görə, iyulun 16-sı M.Esperin namizədliyinin Senatda təsdiq edilməsi üzrə dinləmələrin keçiriləcəyi planlaşdırılıb.

Hazırda M.Esperin namizədliyi Senat tərəfindən nəzərdən keçirildiyinə görə Pentaqonun rəhbəri vəzifəsini ABŞ Hərbi Dəniz Qüvvələri naziri Riçard Spenser müvəqqət icra edəcək.

Xəbər lenti