Xəzər Xəbər

Nyu-Yorkda 40 mindən çox sakin işıqsız qalıb

Dünya | 09:16 • 14 İyul 2019
Nyu-Yorkda 40 mindən çox sakin işıqsız qalıb

Nyu-Yorkda baş vermiş kütləvi nasazlıq səbəbindən azı 43 min sakin elektrik enerjisindən məhrum olub.


Xezerxeber.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə şəhəri elektrik enerjisi ilə təmin edən "Con Edison” energetika şirkətinin saytında deyilir.


Məlumata görə, elektrik kəsintisi əsasən Manhettenin mərkəzi və yuxarı qərbi hissəsini əhatə edib. "NBC” telekanalı bildirir ki, ilkin ehtimal olaraq nasazlığa səbəb kimi 54-cü küçədə yerləşən transformator yarımstansiyasında baş vermiş yanğın göstərilir. Dəqiq səbəblər hazırda dəqiqləşdirilir.


O da qeyd olunur ki, Nyu-York metrosunun bəzi xətlərində qatarların hərəkətində fasilələr yaranıb. Əksər bölgələrdə işıqforlar sıradan çıxıb, bir çox binalar əsasən ehtiyat generatorlar hesabına işıqlandırılır.

Xəbər lenti