Xəzər Xəbər

Əfqanıstanda otelə hücum edilib, üç nəfər həlak olub

Dünya | 17:35 • 13 İyul 2019
Əfqanıstanda otelə hücum edilib, üç nəfər həlak olub

Əfqanıstanın şimal-qərbində yerləşən Badgis əyalətinin Kalayi-Nau şəhərindəki otelə hücum nəticəsində ən az üç nəfər həlak olub, 10 nəfər isə yaralanıb.


Xezerxeber.az yerli KİV-lərə istinadən xəbər verir ki, insident yerli vaxtla saat 10:40-da qeydə alınıb. Hazırda silahlılarla təhlükəsizlik xidməti əməkdaşları arasında döyüşlər davam edir.


Eyni zamanda əyalət qubernatorunun nümayəndəsi Nəcibullah Dadfar həlak olanların arasında iki hərbçinin olduğunu deyib.


Hücumun məsuliyyətini ölkədə fəaliyyət göstərən "Taliban” hərəkatının öz üzərinə götürdüyü bildirilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti