Xəzər Xəbər

İtaliya Daxili İşlər nazirinə içərisində güllə olan anonim zərf göndərilib

Dünya | 11:27 • 13 İyul 2019
İtaliya Daxili İşlər nazirinə içərisində güllə olan anonim zərf göndərilib

İtaliyanın Daxili İşlər naziri və "Liqa” partiyasının lideri Matteo Salviniyə içərisində güllə olan anonim zərf göndərilib.


Zərfdə nazirə faşist diktatoru Benito Mussolininin istifadə etdiyi, "lider” anlamına gələn "Duçe” kimi müraciət edilib. Zərf Florensiya yaxınlığında yerləşən Sesto-Fyorentina kommunasında poçt şöbəsinin çeşidləmə məntəqəsində ələ keçirilib. Folqa bükülmüş güllə 22 kalibrli olub.


Polis hadisə ilə bağlı araşdırma aparır. (AZƏRTAC)

Xəbər lenti