Xəzər Xəbər

Havayda fövqəladə vəziyyət elan edildi

Dünya | 11:23 • 13 İyul 2019
Havayda fövqəladə vəziyyət elan edildi

ABŞ-ın Havay ştatının Maui adasında iri yanğınla əlaqədar fövqəladə vəziyyət elan edilib.

Yanğın hazırda 40 min kvadratmetrdən çox ərazini əhatə edir.

Qeyd edilir ki, yanğınla mübarizə güclü küləklə əlaqədar çətinləşib.

Məlumata görə, Maui adasında minlərlə sakin təxliyə olunub. Bundan başqa, yerli hava limanında reyslər təxirə salınıb, Mauiyə gəlməli olan təyyarələr digər hava limanlarına yönləndirilib.

Xəbər lenti