Xəzər Xəbər

Konqresmenlər Trampa Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Dünya | 16:14 • 13 İyul 2019
Konqresmenlər Trampa Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Bir qrup ABŞ senatoru, prezident Donald Trumpı Türkiyəyə S-400 raket sistemlərinin tədarükü ilə əlaqədar olaraq qarşı sanksiyalar tətbiq etməyə çağırıb.


Senatorlar Türkiyəni "F-35" qırıcı təyyarələrinin proqramından iştirakı çıxartmaq təklif ediblər.


Senatorlar deyiblər: "Biz prezident Trampı "ABŞ-a tərəfdaş olmayanlara qarşı sanksiyalar haqqında” qanuna əsasən sanksiya tətbiq etməyə çağırırıq. Bundan əlavə, F-35-lərlə bağlı proqramı qeyri-müəyyən vaxta qədər dayandıran Türkiyənin ümumiyyətlə bu proqramdan çıxarılmasını tələb edirik".


Qeyd edək ki, S-400 zenit-raket komplekslərinin komponentlərinin Rusiyadan Türkiyəyə çatdırılmasının birinci mərhələsi başlayıb. Bundan əvvəl prezident Rəcəb Tayyib Ərdoğan S-400-lərin yerləşdiriləcəyi mövqelərin müəyyən ediləcəyini demişdi. Bildirmişdi ki, komplekslər Türkiyəyə ləngimədən çatdırılacaq.

Xəbər lenti