Xəzər Xəbər

Venesuela müxalifətinin lideri komandasının iki üzvünün qaçırıldığını bəyan edib

Dünya | 14:07 • 13 İyul 2019
Venesuela müxalifətinin lideri komandasının iki üzvünün qaçırıldığını bəyan edib

Venesuela müxalifətinin lideri Xuan Quaydo bildirib ki, onun komandasının iki üzvü prezident Nikolas Maduronun tərəfdarları tərəfindən Karakasda qaçırılıb.


Xezerxeber.az TASS-a istinadən xəbər veir ki, Juan Guaydo bu barədə Tvitter səhifəsində məlumat verib.


Venesuela prezidenti Nikolas Maduronu bu hadisənin təşəbbüskarı olduğunu deyən müxalifət lideri qaçırılan komanda üzvlərinin adlarını da açıqlayaraq onların Erik Sançes və Jason Paris olduğunu deyib.



Quaydo əlavə edib ki, bu iki şəxs onun Karakasda olan ailəsinin təhlükəsizliyini qoruyurdu.

Xəbər lenti

Çox oxunanlar