Xəzər Xəbər

Odessada düşərgədə qidadan zəhərlənənlərin sayı 52-yə çatıb

Dünya | 10:37 • 13 İyul 2019
Odessada düşərgədə qidadan zəhərlənənlərin sayı 52-yə çatıb

Ukraynanın Odessa vilayətinin "Medik-2” sağlamlıq-idman düşərgəsində qidadan zəhərlənənlərin sayı 52-yə çatıb. AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


Zəhərlənənlərin 50-si uşaqdır. Xəstəxanaya yerləşdirilənlərin hamısının vəziyyəti orta ağır qiymətləndirilir.


Qeyd edək ki, düşərgədə 7-14 yaş arasında 226 uşaq olub.

Xəbər lenti