Xəzər Xəbər

Kim Çen In rəsmən KXDR-in başçısı elan edildi

Dünya | 10:35 • 13 İyul 2019
Kim Çen In rəsmən KXDR-in başçısı elan edildi

KXDR-də konstitusiyaya əlavələr edildikdən sonra Kim Çen In ilk dəfə olaraq, dövlət başçısı elan olunub.


Bu barədə "Yonhap” məlumat verir.


Konstitusiyanın yeni versiyasına əsasən, KXDR-in rəhbərinə yeni vəzifə də verilir. Belə ki, Kim Çin In indi "ölkəni təmsil” etməlidir.


Qeyd edək ki, bu vəzifəni əvvəllər Şimali Koreyanın xalq məclisinin Ali rəyasət heyətinin sədri Çhve Ren He icra edirdi.

Xəbər lenti