Xəzər Xəbər

Həsən Nasrullah: “ABŞ “Hizbullah” ilə əlaqə kanallarını açmağa çalışır”

Dünya | 09:58 • 13 İyul 2019
Həsən Nasrullah: “ABŞ “Hizbullah” ilə əlaqə kanallarını açmağa çalışır”

"Hizbullah” şiə terror qruplaşmasının rəhbəri Seyid Həsən Nasrullah ABŞ-la bağlı diqqətçəkən iddia irəli sürüb.


APA CNN-ə istinadən xəbə verir ki, o, bu barədə Livanın yerli televizi kanallarından birində canlı yayımda çıxış edərkən bildirib.


Şiə qruplaşmasının rəhbəri deyib ki, ABŞ dövləti "Hizbullah”la əlaqə kanalları açmağa çalışır.



Həsən Nasrullah rəhbəri olduğu qrupun Suriyadakı döyüş əməliyyatlarında iştirakından da söz açıb. Qeyd edib ki, Suriyadakı bütün bölgələrdə hələ də mübarizəni davam etdirəcəklər: "Mövcud vəziyyətdən asılı olaraq, Suriyanın bəzi yerlərdə saylarımızı azaltdıq, lakin yaxın vaxtlarda buradan tamamilə geri çəkilmək planımız yoxdur".


Nasrallah İran ilə Səudiyyə Ərəbistanı arasındakı dialoqa dəstək verəcəyini də söyləyib.

Xəbər lenti