Xəzər Xəbər

İtaliya iqtisadi artım tempinə görə sonuncu yerdədir

Dünya | 09:42 • 13 İyul 2019
İtaliya iqtisadi artım tempinə görə sonuncu yerdədir

Avropa Komissiyası iqtisadi proqnozlarında İtaliyanın iqtisadi artım tempinə görə Avropa İttifaqında (Aİ) sonuncu yerdə olduğunu söyləyib.


AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, ölkə iqtisadi artım tempi bu il 0,5 faiz, növbəti il isə 1,4 faiz təşkil edəcək Almaniyadan geri qalır.


Avropa Komissiyası İtaliya hökumətinin bu yaxınlarda hesablarına düzəliş etməsi sayəsində istiqraz üzrə gəlirlərin aşağı düşdüyünü də bildirilib.


Qurum ümumilikdə İtaliyanın iqtisadiyyatının lazımi qədər sürətli templə "bərpa olunmadığını” söyləyib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti