Xəzər Xəbər

Somalidə terror hadisəsi baş verib, ölənlər var

Dünya | 09:05 • 13 İyul 2019
Somalidə terror hadisəsi baş verib, ölənlər var

Somalinin Kismayo şəhərində yerləşən oteldə terror aktı törədilib.


Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, silahlılar otelin girişində avtomobili pırtlatdıqdan sonra binaya daxil olublar.


Məlumata görə, hadisə nəticədə 10 nəfər həlak olub, çoxsaylı insan yaralanıb. Hadisə qurbanlarının içində kanadalı jurnalist Nodan Nalaeh də var. Bildirilir ki, 43 yaşlı jurnalist Kanadanın Somali icması üçün şəxsi internet-kanalından ötrü veriliş hazırlayırmış. Hadisəni "Aş-Şabab” qruplaşmasının törətdiyi qeyd edilir.

Xəbər lenti