Xəzər Xəbər

Tbilisidə hərbçilərin yaşadığı çoxmərtəbəli binada partlayış baş verib - FOTO

Dünya | 13:02 • 10 İyul 2019
Tbilisidə hərbçilərin yaşadığı çoxmərtəbəli binada partlayış baş verib -

İyulun 10-da gecə saatlarında Tbilisinin Varketili rayonunda, əsasən hərbçilərin yaşadığı çoxmərtəbəli binada partlayış baş verib.


AZƏRTAC xəbər verir ki, əl qumbarasının partlaması nəticəsində üç nəfər yaralanıb. Onlar şəhərin müxtəlif xəstəxanalarina yerləşdiriliblər.


Sakinlər əvvəlcə terror aktının törədildiyini düşünərək binanı tərk ediblər. Sonra hadisənin əl qumbarasının partlaması nəticəsində olduğu aydınlaşıb və sakinlər evlərinə qayıdıblar.


Bununla belə, hüquq mühafizə orqanlarının işçiləri əl qumbarasının binaya başqa bir şəxs tərəfindən yerləsdirildiyini müəyyən ediblər.


Faktla bağla, "qəsdən adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Çox oxunanlar