Xəzər Xəbər

Özbəkistanda kitaba abidə qoyulub

Dünya | 13:56 • 10 İyul 2019
Özbəkistanda kitaba abidə qoyulub

Özbəkistanın Karşi Dövlət Universitetinin qarşısında kitaba abidə qoyulub.


Bununla bağlı keçirilən mərasimdə kitabın gənc nəslin tərbiyəsindəki müstəsna əhəmiyyətindən danışılıb.


Monumentdə böyük özbək şairləri Əlişir Nəvai, Zahirəddin Məhəmməd Babur, Abdulla Aripov, həmçinin Əbu Əli ibn Sina, Şərəf Rəşidov, o cümlədən dünya ədəbiyyatının tanınmış nümayəndələri Balzak, Şekspir və Puşkinin simvolik kitabları əks olunub. (AZƏRTAC)

Xəbər lenti