Xəzər Xəbər

Gürcüstana gedən azərbaycanlı turistlərin sayı 9%-ə yaxın artıb

Dünya | 11:59 • 10 İyul 2019
Gürcüstana gedən azərbaycanlı turistlərin sayı 9%-ə yaxın artıb

Bu ilin ilk yarısında Azərbaycandan Gürcüstana gedən turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,8% artıb.


Bu barədə Gürcüstan Milli Turizm Agentliyinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında bildirilib.


Qeyd olunub ki, 2019-cu ilin yanvar-iyun ayları ərzində Azərbaycandan Gürcüstana 124 780 turist gəlib ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 10 128 nəfər və ya 8,8% çoxdur.


Qeyd edək ki, ötən ilin yanvar-iyun aylarında Azərbaycandan bu ölkəyə gedən turistlərin sayı 114 652 nəfər olub. (APA)

Xəbər lenti