Xəzər Xəbər

Litva Azərbaycana yeni səfir təyin edib

Dünya | 11:10 • 10 İyul 2019
Litva Azərbaycana yeni səfir təyin edib

Litva Azərbaycana yeni səfir təyin edib.


Müvafiq qərarla Egidiyus Navikas Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub.


E. Navikas 2014-cü ilin sentyabr ayından Litvanın Azərbaycandakı diplomatik missiyasına rəhbərlik edən Valdas Lastauskası əvəz edəcək


Litvanın yeni səfiri sentyabrın 2-dən Azərbaycanda diplomatik fəaliyyətə başlayacaq.


Qeyd edək ki, E. Navikas daha öncə Avropa İttifaqının İordaniyadakı Nümayəndəsinin müavini vəzifəsində çalışıb. (APA)

Xəbər lenti