Xəzər Xəbər

Türkiyədə PKK-çılar iki çobanı qaçıraraq öldürüblər

Dünya | 09:25 • 10 İyul 2019
Türkiyədə PKK-çılar iki çobanı qaçıraraq öldürüblər

Türkiyədə iki çoban PKK terrorçuları tərəfindən öldürülüb.


Xezerxeber.az "Anadolu”ya istinadən xəbər verir ki, hadisə Şırnak əyalətində baş verib.


Axşam saatlarında Şırnakın Keçidboyu kəndinin Herbuş yaylağında heyvanlarını otaran Abdulhakim Demir və Vali Çevik adlı çobanlar terrorçular tərəfindən qaçırılıb. Daha sonra həmin iki çobanın odlu silahla qətlə yetirilmiş meyitləri aşkar olunub.


Terrorçuların ələ keçirilməsi istiqamətində bölgədə əməliyyata başlanılıb.

Xəbər lenti