Xəzər Xəbər

“Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələr üçün yeni investisiya kataloqu hazırlanıb

Dünya | 20:06 • 9 İyul 2019
“Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələr üçün yeni investisiya kataloqu hazırlanıb

Avropa İttifaqının "Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələr üçün yeni investisiya kataloqu hazırlanıb. Sənəddə üzv ölkələrə aid investisiya layihələri əksini tapıb.


Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Gennadi Arveladze məlumat verb.


O deyib ki, ilk dəfədir hazırlanan kataloqda üzv ölkələrə aid investisiya layihələri və investisiya mühiti yer alıb. Kataloq Avropa İttifaqına üzv ölkələrdən sərmayədarlara həmin layihələrlə ətraflı tanış olmağa imkan verəcək.


G.Arveladze qeyd edib ki, kataloq iyulun 11-də Batumidə keçiriləcək "Şərq Tətəfdaşlığı” üzrə birinci İnvestisiya Forumunda iştirakçılara təqdim olunacaq. (AZƏRTAC)

Xəbər lenti