Xəzər Xəbər

Gürcüstan XİN: Vladimir Putinin qərarı doğrudur

Dünya | 19:50 • 9 İyul 2019
Gürcüstan XİN: Vladimir Putinin qərarı doğrudur

"Yeganə doğru qərar Vladimir Putinin qərarıdır və bunu xoş qarşılamamaq olmaz".


Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani deyib. Nazir bildirib ki, durumun gərginləşməsinə və məsuliyyətsiz bəyanatların səsləndirilməsinə icazə vermək olmaz.


"Biz son hadisələri diqqətlə izlədik. Bu, təxribat xarakterli addım idi və vəziyyətin gərginləşdirilməsinə yönəldilmişdi. Vladimir Putinin qərarı yeganə doğru qərar idi və bu xoş qarşılanmaya bilməz", - deyə D.Zalkaliani bildirib.


Qeyd edək ki, Rusiya Dövlət Duması bu gün Gürcüstana əlavə iqtisadi sanksiyaların tətbiqini nəzərdə tutan sənədi dəstəkləyib. Sənəddə Gürcüstandan şərab və mineral suların idxalına məhdudiyyətlərin gətirilməsi, həmçinin pul köçürmələrinin dayandırılması nəzərdə tutulub. Lakin Rusiya prezidenti Vladimir Putin Gürcüstana sanksiyaların tətbiq olunmasına qarşı çıxıb. (APA)

Xəbər lenti