Xəzər Xəbər

Benyamin Netanyahu İranı təhdid edib

Dünya | 19:27 • 9 İyul 2019
Benyamin Netanyahu İranı təhdid edib

İsrailin baş naziri Benyamin Netanyahu İranı yeni F-35 qırıcıları ilə təhdid edib.


Xezerxeber.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, B. Netanyahu bu barədə yeni F-35 qırıcılarının hərbi-hava donanmasını ziyarət edərkən bildirib.


"İran bu yaxınlaradək İsraili məhv edəcəyi ilə hədələyirdi. İran unutmamalıdır ki, bu təyyarələr İran və Suriya da daxil olmaqla, Yaxın Şərqdə istənilən mövqeyə çata bilər”, - İsrailin baş naziri vurğulayıb.


Qeyd edək ki, İsrail Yaxın Şərqdə 5-ci nəsil F-35 qırıcı təyyarələrin yeganə sahibidir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti