Xəzər Xəbər

Gürcüstanın milli valyutası kəskin ucuzlaşıb

Dünya | 17:18 • 9 İyul 2019
Gürcüstanın milli valyutası kəskin ucuzlaşıb

Gürcüstan milli valyutası GEL (lari) kəskin ucuzlaşıb.


Xezerxeber.az xəbər verir ki, Gürcüstan Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən 1 ABŞ dolları 2,83 lari müəyyən edilsə də kommersiya bankları 1 dolları 2,97 lariyə satırlar. Ölkədə digər valyutalar da bahalaşıb. Hazırda 1 avro 3,39 GEL-ə dəyişdirilir.


İqtisadçılar hesab edirlər ki, milli valyutanın ucuzlaşması ölkədə kəskin bahalaşmaya və iqtisadi tənəzzülə səbəb olacaq.

Rubrikanın digər xəbərləri

Xəbər lenti