Xəzər Xəbər

Argentinanın sabiq prezidenti Fernabdo de la Rua vəfat edib

Dünya | 16:18 • 9 İyul 2019
Argentinanın sabiq prezidenti Fernabdo de la Rua vəfat edib

Argentinanın sabiq prezidenti Fernabdo de la Rua 81 yaşında vəfat edib.


Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, sabiq prezident bazar ertəsi günü Buenos-Ayresdə Alexander Fleming klinikasında dünyasını dəyişib.


Fernabdo de la Rua Todo ürək və böyrək çatışmazlığından əziyyət çəkirdi. O, yanvar ayında ürək problemi ilə əlaqədar xəstəxanada bir ay müalicə almışdı. Sabiq prezidentin səhhətində 2018-ci ildə də problemlər müşahidə olunmuşdu. Həmin vaxt o, iki dəfə infarkt keçirmişdi.


Sabiq prezidentin ölümü ilə əlaqədar ölkədə üçgünlük matəm elan olunub.


De la Rua 1999-cu ildə Argentina prezidenti seçilmişdi, lakin 2001-cil də iqtisadi böhranın kəskinləşməsi fonunda baş qaldıran kütləvi iğtişaşlar səbəbindən istefa vermişdi.

Xəbər lenti