Xəzər Xəbər

Slovakiyada ATƏT-ə üzv ölkələrin Xarici İşlər nazirlərinin qeyri-formal görüşü keçirilir

Dünya | 16:04 • 9 İyul 2019
Slovakiyada ATƏT-ə üzv ölkələrin Xarici İşlər nazirlərinin qeyri-formal görüşü keçirilir

Slovakiyanın Yüksək Tatra dağlarındakı qəsəbədə ATƏT-in üzvü olan ölkələrin Xarici İşlər nazirliyinin qeyri formal görüşü keçirilir. 


AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, "Keçmiş fəaliyyətdən gələcək preventiv tədbirlərə: ATƏT-in Avropada və onun hüdudlarından kənarda sabitliyin möhkəmlənməsinə töhfəsi” mövzusunda keçirilən görüşdə 57 ölkədən nazirlər və yüksək vəzifəli diplomatlar iştirak edirlər.


Görüşü açan ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın Xarici İşlər naziri Miroslav Layçak bildirib ki, Avropada və Avrasiya məkanında son illər baş verən hadisələr fonunda təhlükəsizlik və sabitlik məsələləri daha aktualdır. Bu görüş ATƏT-ə üzv ölkələrin xarici siyasət idarələri başçılarının dialoqu və mövcud münaqişələrin nizama salınması baxımından böyük əhəmiyyət kəsb edir.


Rusiya və Ukrayna Xarici işlər nazirlərinin də iştirak etdikləri görüşdə Ukraynada sülhün və sabitliyin bərqərar olması diqqət mərkəzində olub. Bundan başqa, digər münaqişə zonaları, transmilli təhlükələr, iqtisadi və ekoloji problemlər də müzakirə olunur.

Xəbər lenti