Xəzər Xəbər

İrəvan meriyasının qarşısına zibil paketləri atdılar

Dünya | 15:12 • 9 İyul 2019
İrəvan meriyasının qarşısına zibil paketləri atdılar

Yerevanda sakinlər şəhər meriyası qarşısında etiraz aksiyası keçirib.


Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, etirazçılar meriya binasının qarşısına zibil paketləri atıblar.


Qeyd olunur ki, etirazçılar küçələrdən zibilin yığışdırılmadığını bildiriblər. Aksiya iştirakçıları arasında saxlanılanlar var.


Son dövrlərdə şəhərdə zibilin toplanması ilə məşğul olan "Sanitek” şirkətinin işinin öhdəsindən gələ bilmədiyi deyilir.


Yerevan meriyası şirkəti bir neçə dəfə cərimələdiyini bildirib. Şirkət isə şəhərdə yolların pis vəziyyətdə olması ilə əlaqədar zibil maşınlarının tez sıradan çıxdığını deyib.

Xəbər lenti