Xəzər Xəbər

Əfqanıstanda aviasiya zərbəsi nəticəsində bir ailənin yeddi üzvü həlak olub

Dünya | 15:10 • 9 İyul 2019
Əfqanıstanda aviasiya zərbəsi nəticəsində bir ailənin yeddi üzvü həlak olub

Əfqanıstanda "Taliban” hərəkatının sığınacağına endirilən aviasiya zərbəsi bir ailənin yeddi üzvünün, o cümlədən qadınlar və uşaqların həlak olması ilə nəticələnib.


Xezerxeber.az Sinxua agentliyinə istinadən xəbər verir ki, insident iyulun 8-də axşam saatlarında Əfqanıstanın şimalında yerləşən Baqlan əyalətinin Puli-Humri şəhəri yaxınlığında qeydə alinib.


Əyalət şurasının nümayəndəsi Şəmsül Haqq Bərikzayın sözlərinə görə, hədəf "Taliban” hərəkatının sığınacağı olsa da, hava hücumu səhvən yaşayış binasına tuş gəlib. Hücumun Əfqanıstan Hərbi Hava Qüvvələri və ya NATO aviasiyası tərəfindən həyata keçirildiyi barədə məlumat verilmir.


Əfqanıstanda uzun illərdir ki, hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən "Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar davam edir. Həmçinin ölkədə İŞİD qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə silahlı qruplaşmalara qarşı bütün ölkə ərazisində birgə əməliyyatlar keçirirlər.

Xəbər lenti