Xəzər Xəbər

Argentinanın sabiq prezidenti ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Dünya | 12:11 • 9 İyul 2019
Argentinanın sabiq prezidenti ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Argentinanın sabiq prezidenti Fernabdo de la Rua bazar ertəsi günü ağır vəziyyətdə Buenos-Ayresdəki Alexander Fleming klinikasına yerləşdirilib.


Xezerxeber.az xəbər verir ki, Todo Noticias portalının yaydığı məlumata görə, 81 yaşlı sabiq prezident (1999-2001) ürək və böyrək çatışmazlığından əziyyət çəkir. Onun vəziyyətinin ağır olaraq qalmasına baxmayaraq, ailəsi ümidini itirmir.


Fernabdo de la Rua yanvar ayında ürək problemi ilə əlaqədar xəstəxanada bir ay müalicə almışdı. Sabiq prezidentin səhhətində 2018-ci ildə də problemlər müşahidə olunmuşdu. Həmin vaxt o, iki dəfə infarkt keçirmişdi.

Xəbər lenti