Xəzər Xəbər

Hindistanın şimal-şərqində 13 minədək insan daşqın zonasında qalıb

Dünya | 09:54 • 9 İyul 2019
Hindistanın şimal-şərqində 13 minədək insan daşqın zonasında qalıb

Hindistanın şimal-şərqində yerləşən Assam ştatında iki gün davam edən leysan yağışlar nəticəsində 13 minədək insan daşqın zonasında qalıb. NDTV telekanalının yaydığı məlumata görə, 43 kəndi su basıb, təxminən 1000 hektar kənd təsərrüfatı torpağı suyun altında qalıb.


Xezerxeber.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, daşqından daha çox Corxat dairəsinin əhalisi əziyyət çəkib. Orada 6 min insan daşqın zonasındadır. Hökumət orqanları evlərini tərk edənlərin yerləşdirilməsi üçün müvəqqəti düşərgələr təşkil edir. Ştatın bir neçə yolunu da su basıb. Bu regionun ən böyük çayı Braxmapurtada suyun səviyyəsi təhlükəli həddə çatıb.

Xəbər lenti