Xəzər Xəbər

Gürcüstanda “Rustavi 2” telekanalının qarşısında etiraz aksiyası keçirilib

Dünya | 09:10 • 9 İyul 2019
Gürcüstanda “Rustavi 2” telekanalının qarşısında etiraz aksiyası keçirilib

Gürcüstanda əsas müxalifət hesab edilən "Vahid Milli Hərəkat” partiyasının nəzarətində olan "Rustavi 2” televiziya kanalının binası qarşısında etiraz mitinqi keçirilib.


Xezerxeber.az xəbər verir ki, iştirakçılar telekanalın aparıcısı Giorgi Qabunianın həmişəlik işdən uzaqlaşdırılmasını və kanalın rəhbərliyinin dəyişdirilməsini tələb ediblər. Aksiya iştirakçıları tələbləri yerinə yetirilənə qədər etirazları davam etdiriləcəyini bildiriblər.


"Rustavi 2” televiziya kanalının binası yaxınlığına polis əməkdaşları cəlb olunub. Təhlükəsizlik tədbirləri gücləndirilib.


Xatırladaq ki, G.Qabunia aparıcısı olduğu "Postskriptum” proqramında Rusiya Prezidenti Vladimir Putinin ünvanına rus dilində qeyri-etik ifadələr işlədib. "Rustavi 2” televiziyasının rəhbərliyi bununla bağlı tamaşaçılardan üzr istəyib, G.Qabunianı iki ay müddətinə işdən uzaqlaşdırıb.


Gürcüstan Prezidenti və Baş naziri də jurnalistin hərəkətlərini pisləyib və onun bu addımını təxribat adlandırıblar.

Xəbər lenti