Xəzər Xəbər

Türkiyədə 50 milyonluq narkotik maddə ələ keçirilib

Dünya | 19:11 • 8 İyul 2019
Türkiyədə 50 milyonluq narkotik maddə ələ keçirilib

Türkiyənin təhlükəsizlik qüvvələri Muğla vilayətinin Milas rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat keçiriblər.


Xezerxeber.az xəbər verir ki, əməliyyat nəticəsində 1,5 ton çəkidə "Skun” adlı narkotik vasitə ələ keçirilib. Narkotik vasitənin qara bazarda qiyməti 50 milyon lirədir (8,5 milyon ABŞ dolları).


Hadisə ilə əlaqədar altı nəfər şübhəli şəxs qismində saxlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində istifadə olunduğu ehtimal edilən üç avtomobil istintaqa təhvil verilib.

Xəbər lenti