Türkiyənin Gümüşhane şəhərinin Kelkik rayonunda sərnişin mikroavtobusu uçuruma yuvarlanıb. Hadisə nəticəsində bir nəfər ölüb, altısı uşaq olmaqla 18 nəfər yaralanıb.
Xezerxeber.az xəbər verir ki, qəza baş verən bölgəyə təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar Kelkit dövlət xəstəxanasına yerləşdiriliblər.