Xəzər Xəbər

İtaliyada qeyri-kommersiya təşkilatlarında aparılan araşdırmalar nəticəsində 11 nəfər həbs edilib

Dünya | 09:30 • 8 İyul 2019
İtaliyada qeyri-kommersiya təşkilatlarında aparılan araşdırmalar nəticəsində 11 nəfər həbs edilib

İtaliya polisi miqrantların qəbulu ilə məşğul olan müxtəlif qeyri-kommersiya təşkilatlarında apardığı araşdırmalardan sonra 11 nəfəri həbs edib.


AZƏRTAC İtaliyanın ANSA agentliyinə istinadla xəbər verir ki, saxlanılan şəxslər dələduzluq və dövlətə qarşı saxtakarlıq etməkdə ittiham olunub. Bildirilib ki, həbs edilənlərin yüzlərlə miqrantın qəbulunu təşkil etmək məqsədilə açıq tenderlərdə saxta sənədlərdən istifadə etmələri ehtimal olunur.


Polis dörd qeyri-kommersiya təşkilatının iştirak etdiyi sistemdə qeyri-qanuni yolla əldə edilən gəlirin təxminən yeddi milyon avro təşkil etdiyini söyləyib.

Xəbər lenti