Xəzər Xəbər

Türkiyə sularında ABŞ bayrağı ilə üzən qayıqda yanğın olub

Dünya | 19:54 • 7 İyul 2019
Türkiyə sularında ABŞ bayrağı ilə üzən qayıqda yanğın olub

Türkiyənin Muğla vilayətinin Fethiye rayonunun sahil sularında ABŞ bayrağı ilə üzən yelkənli və motorlu qayıqda yanğın baş verib.


Xezerxeber.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, yanğın "Delmar” adlı 21 metr uzunluqu qayığın mühərrikindən başlayıb. Ərazidəki yanğınsöndürən qayıqların da müdaxiləsi sayəsində alov söndürülüb. Yanğının ətrafdakı qayıqlara keçməsinin qarşısı alınıb.

Xəbər lenti