Xəzər Xəbər

Türkiyədə ağır qəza: 5 nəfər ölüb, 30 nəfər xəsarət alıb

Dünya | 17:10 • 7 İyul 2019
Türkiyədə ağır qəza:

Türkiyədə son iki gün ərzində ölüm və ağır xəsarətlərlə nəticələnən bir neçə yol-nəqliyyat hadisəsi baş verib.


Xezerxeber.az xəbər verir ki, Ankaranın Bala rayonunda hərəkətdə olan minik avtomobili yolun qarşı tərəfinə çıxaraq aşıb. Nəticədə dörd nəfər ölüb, bir nəfər yaralanıb.


Hisarbeyli-Başakköy yolu ilə hərəkət edən mikroavtobusun aşması nəticəsində isə 12-si ağır olmaqla 23 nəfər xəsarət alıb.


Düzcə şosesində ağırtonnajlı yük avtomobilinin idarəetməni itirməsi nəticəsində 4 avtomobil qəzaya uğrayıb. "Metro” şirkətinə məxsus sərnişin avtobusunun da yolda aşması nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb.

Xəbər lenti